27 aprel 2025 at 18:57
Jurnalist kodu: 5564
Xəbər kodu: 85815914
T T
0 Persons

İran və Zimbabve sionist rejimin cinayətlərini pisləyib

27 aprel 2025 at 18:57
Xəbər kodu: 85815914
İran və Zimbabve sionist rejimin cinayətlərini pisləyib

Tehran - İRNA - Prezident İran və Zimbabve arasında qarşılıqlı hörmət və ortaq fikirlərə əsaslanan dostluq əlaqələrinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq deyib: “Bu dostluq münasibətləri iki ölkə arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün yaxşı platformadır.”

Məsud Pezeşkiyan bazar günü Üçüncü İran-Afrika İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində Zimbabve Prezidentinin müavini Konstantin Çivenqa ilə görüşüb, iki ölkə arasında qarşılıqlı hörmətə və ortaq fikirlərə əsaslanan dostluq münasibətlərinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib: “Bu dostluq münasibətləri iki ölkə arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün yaxşı platformadır.”

Prezident bu görüşdə sionist rejimin cinayətlərinin davam etməsinə işarə edərək deyib: “İslam, hətta qeyri-islam ölkələri bu rejimin pozucu hərəkətlərinin davam etməsinin qarşısnı almalı, beynəlxalq hüquq çərçivəsində sülh və əmin-amanlığın bərqərar olması məqsədilə birlikdə çalışmalıdırlar. Vəhdət və birlik ilə təcavüzkarları öz cinayətlərini dayandırmağa məcbur etmək olar.”

Tərəflər həmçinin Fələstində insan haqlarının pozulması ilə bağlı acınacaqlı vəziyyətdən narahat olduqlarını bildiriblər, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna hörmət etmək üçün beynəlxalq imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıblar, totalitar ölkələrin sionist rejimin cinayətlərinə dəstəyini pisləyiblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .